Aspirini əzib şampunun içinə tökün və...

Aspirini əzib şampunun içinə tökün və...
23:37 27 Mart 2017
392 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aspirinin ağrıkəsici, xərçəng və alzheimer (unutqanlıq) probleminin qarşısını almaq kimi saysız faydası var. Faydalarından biri isə saçlara müsbət təsir göstərməsidir.

Milli.Az lent.az-a istinadən aspirinin saçlara faydasını təqdim edir.

Saç rəngini qoruyur
 
Xüsusilə açıq rəng saçlar xlorlu su, uzun müddət günəş şüalarına məruz qalarkən rəngi  daha da açıla bilər. Bu problemin təbii həlli üçün bir neçə aspirini ilıq suda həll edin, qarışımı saçlarınıza sürtüb 15 dəqiqə sonra durulayın.
 
Saçları parıldadır
 
Aspirindəki salisilik asit saçdakı qırıqları azaldır və saçın daha parlaq olmasına yardımçı olur.
 
Kəpəyi azaldır
 
Şampuna əlavə edəcəyiniz aspirinlə kəpək problemini əngəlləyə bilərsiniz. Aspirinin tərkibindəki turşu maddəsi baş dərisindəki ölü dəri hüceyrələrini həll edərək kəpəyi azaldacaq. Saç dərisindəki təbii yağları itirmək istəmirsinizsə, aspirini eyni şəkildə istifadə edin. Həftədə bir dəfə əzilmiş bir neçə aspirini şampununuza əlavə edin.
 
Saç tökülməsinin qarşısını alır
 
Araşdırmalara görə, orqanizmində yüksək nisbətdə prostaglandin D2 maddəsi olan heyvanlar keçəl olur. Saç tökülməsi yaşayan insanlarda da bu maddənin çox ifraz edildiyi deyilir. Aspirin isə bu maddənin ifrazını əngəlləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR