Şimali Koreya ABŞ və Cənubi Koreyanı hədələdi

Şimali Koreya Koreya yarımadasında birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreyanı təhdid edib.

Metbuat.az-ın məlumatına görə, Şimali Koreya ordusu tərəfindən yayımlanan bildirişdə qeyd olunub:

"ABŞ və Cənubi Koreyanın kukla orduları Şimali Koreyaya qarşı hərbi əməliyyatları davam etdirəcəkləri təqdirdə heç bir xəbərdarlıq etmədən hücuma keçəcəyik. Ordumuz quldurların xalqımızı təhdid etməsini passiv şəkildə izləməyəcək. Düşmənin xüsusi əməliyyatlarını eyni şəkildə cəzalandırmaqda qərarlıyıq".

Qeyd edək ki, ABŞ və Cənubi Koreya birlikdə "Key Resolve" və "Foal Eagle" adlanan komanda-qərargah təlimləri həyata keçirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR