Yağları yandıran detoks içkisi - RESEPT

Yağları yandıran detoks içkisi - RESEPT
23:42 27 Mart 2017
627 Digər
Ölkə mətbuatı
A- A+

Sağlam arıqlamaq üçün detoks etmək şərtdir. Bunun üçün təqdim edlən bu ləzzətli detoks içkisini sınaqdan keçirə bilərsiniz.

Milli.Az lent.az-a istinadən bildirir ki, tərkibindəki vitamin və minerallarla metabolizmanı çalışdıraraq, sağlam şəkildə yağların yandırılmasına kömək edir.

Lazım olan ərzaqlar:
 
1 stəkan ananas
1 dəstə ispanaq
1 yaşıl alma
1 stəkan dəmlənmiş soyuq yaçıl çay
1-2 parça təzə zəncəfil
1 stəkan Hindistan qozu suyu
1 qaşıq limon suyu
2 çay qaşığı bal
Yarım xiyar
6-8 təzə nanə yarpağı
 
Hazırlanma qaydası:
 
Yuyub iri-iri doğradığınız ispanaqları blendra atın. Zəncəfil, yaşıl çay və Hindistan qozu suyunu əlavə edib yaxşıca qarışdırın.
Doğradığınız ananası, qabıqlı yaşal almanı və qabıqlı xiyarı da qatıb, yenidən yaxşıca qarışdırın. Sonda bal, limon suyu və nanə yarpaqlarını əlavə edib qarışdırmağa davam edin. Yaşıl "smoothi" hazırdır.

Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/baku2015/529509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR