Torpaq üstə dava - 21 yaşlı gənc xəstəxanalıq oldu - FOTO

Torpaq üstə dava - 21 yaşlı gənc xəstəxanalıq oldu - FOTO
23:42 27 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda məcburi köçkün döyülərək xəstəxanalıq oldu.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Goranboy rayonunun Meşəli kəndində dava baş verib.

Torpaq sahəsi ilə bağlı yaranan davada Kəlbəcər rayonundan olan məcburi köçkün 21 yaşlı kənd sakini Ələmşah Salmanov xəsarət alıb. Başından yaralanan gənc qohumları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilən Salmanovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/529591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR