Matrın 26-da Bakıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya yığmasını qəbul edib.
Almaniya yığmasının futbolçusu Məsut Özil oyundan sonra Azərbaycana təşəkkür edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Özil öz "Facebook" səhifəsində yazıb: "Dünənki səmimi qəbula görə təşəkkürlər, Azərbaycan".
Qeyd edək ki, oyun 1:4 hesabı ilə almanların xeyrinə başa çatıb.
Milli.Az