Günün qoroskopu: bəzən ən yaxşı seçim vaz keçməkdir

Günün qoroskopu: bəzən ən yaxşı seçim vaz keçməkdir
00:05 28 Mart 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Qoçlar uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.  

Buğa - şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.

Əkizlər - vaxtınızın əksər hissəsini ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar.

Xərçəng - müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.

Şir - səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.

Qız - xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Qızlar bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.

Tərəzi - bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz.

Əqrəb - maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.

Oxatan - bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə" meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər.

Oğlaq - tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.

Dolça - maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Dolçaların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər.

Balıqlar - bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR