"İnter"in baş məşqçisi Stefano Pioli "Fiorentina"nın diqqət mərkəzinə düşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "bənövşəyilər" hazırki çalışdırıcısı Paulo Souzanın fəaliyyətindən narazıdır. 46 yaşlı mütəxəsisin mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq. "Fiorentina" Pioli ilə danışıqlar aparmaq üçün "İnter"in Çempionlar Liqasına çıxmamasına ümid etməlidir. Belə olan halda onun "nerazzurri"dən göndərilmə ehtimalı artacaq. Florensiya klubu Marko Campaolo və Eusebio Di Françeskonu da namizədlər sırasında nəzərdən keçirir.
Milli.Az