Lənkəranda baş həkimin ölümüylə bağlı MARAQLI DETALLAR

Lənkəranda baş həkimin ölümüylə bağlı MARAQLI DETALLAR
00:33 28 Mart 2017
602 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunun Xolmili kəndində evinə basqın edilən kənd ambulatoriyasının baş həkimi Vahab Səfərovun qətli ilə bağlı araşdırma zamanı bəzi maraqlı detallar üzə çıxıb.

"Report"un məlumatına görə, məlum olub ki, hadisə baş verən zaman V.Səfərov evdə tək deyilmiş.

“Qətlin üstü hələ açılmayıb. Ancaq araşdırmanın gedişatında aydın olub ki, qətl törədilən zaman Səfərov evdə tək deyilmiş. Həmin vaxt mənzildə onun həyat yoldaşı da olub. Amma qadın heç nə görmədiyini iddia edir”, - rayon Polis şöbəsindən bildirilib.

O, ilkin dindirilmə zamanı izahatında hadisə baş verdiyi saatlarda türk serialına baxdığını, ərinin kimlər tərəfindən necə öldürülməsindən xəbərsiz olduğunu göstərib. Maraqlı odur ki, hadisə yerinin müayinəsi zamanı mənzilin qapı və pəncərəsinin quldurlar tərəfindən sındırılması müəyyən edilməyib. Pəncərənin dəmir barmaqlıqlarının sındırılmaması qatilin qapıdan içəri girməsini deməyə əsas verir.

Hazırda qətlin motivi aydın deyil. Hadisənin tamah məqsədilə baş verdiyi də məlum deyil. Yeri gəlmişkən, hadisə zamanı Səfərovların evindən heç nə oğurlanmayıb.

Martın 17-dən 18-ə keçən gecə naməlum şəxslər həkimin evinə soxularaq ona küt alətlə zərbələr endiriblər. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı martın 26-da dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR