Dünyanın ən çox gəlir əldə edən futbolçularının və məşqçilərinin siyahısı açıqlanıb.
Metbuat.az "France Football"a istinadən bildirir ki, sıralamaya mövsüm ərzində 87,5 milyon funt sterlinq qazanan Kriştiano Ronaldo başçılıq edir. "Barselona"nın ulduzu Lionel Messi yalnız portuqaliyadan geri qalır. Onun illik qazancı 76,5 milyon funt sterlinq təşkil edir. Neymar (55,5 milyon) isə üçüncü sıradadır.
Dəyərləndirməyə əsasən, dünyanın ən çox qazanan məşqçisi isə "Mançester Yunayted"in təcrübəli çalışdırıcısı Joze Mourinyodur. O, mövsüm ərzində 28 milyon funt sterlinq qazanıb.