Xəbər verdiyimiz kimi, Rusiyada nümayiş iştirakçıları polis tərəfindən saxlanılıb.
Metbuat.az bildirir ki, ABŞ hökuməti baş verənlərə münasibət bildirib. Ağ Evin mətbuat xidmətinin nümayəndəsi Şan Speyser Rusiya hökumətindən saxlanılan insanların dərhal sərbəst buraxılmasını tələb edib:
"ABŞ Rusiyada nümayişçilərin saxlanılmasını sərt şəkildə qınayır. Orada baş verənləri yaxından izləyəcəyik. Bütün nümayişçilərin dərhal sərbəst buraxılması ilə bağlı Rusiya hökumətinə müraciət edirik".