Goranboyda kütləvi dava

Goranboyda kütləvi dava
01:18 28 Mart 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Goranboy rayonunun Meşəli kəndində kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, nəticədə həmin kəndin 1995-ci il təvəllüdlü sakini Salmanov Əlimşah Şahmirzə oğlu başından ağır xəsarət alıb.

Dostlarının köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Goranboy rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, baş vermiş kütləvi davaya torpaq sahəsi üstündə yaranmış mübahisə səbəb olub.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR