20 yaşına çatmadan milyoner olanlar -

Metbuat.az Bizplus.az-a istinadən 20 yaşına çatmadan milyoner olanların siyahısını təqdim edirik:

1. Ashley Qualls

Ashley 1 il ərzində öyrəndiyi kodlaşdırma biliyi ilə whateverlife.com adlı saytı 14 yaşında yaradıb. Əsas məqsədi öz dizayn bacarıqlarını nümayiş etdirmək və Myspace üçün temalar hazırlayan sayt qısa müddət ərzində böyük uğur qazanır. Bu sayta görə Ashleyə 1.5 milyon dollar və istədiyi hər hansı bir avtomobil modelini təklif etsələr də o bunu rədd etmişdi. Məktəbi bitirəndə Ashleyin artıq öz evi, avtomobili və milyon dollarlıq şirkəti var idi.


2. Juliette Brindak

10 yaşından özünü inkişaf etdirən Juliette 16 yaşında ”Miss O and Friends” adlı bir sosial sosial şəbəkə yaradır. Bu saytın əsas özəlliyi yalnız ekiz qızların qeydiyyatdan keçə bilməsi idi. 2011-ci ildə Miss O and Friends saytı dünyanın ən büyük üçüncü qızlar üçün yaradılan sosial şəbəkə seçilib. Sayta ay ərzində 10 milyona yaxın insan daxil olur və dəyəri 15 milyon dollardır.


3. Sean Belnick

Ailəsinin məktəb xərclərini qarşılamaq məqsədilə verdiyi pulları yığaraq 600 dollarla elektron ticarət saytı yaradan Sean daha sonra mebel işi ilə məşğul olmağa başladı və bizchair.com saytını yaratdı. 20 yaşı olanda artıq onun 24 milyon dollar sərvəti var idi. Uğur qazanmaq üçün risk etməli və əzmkar olmaq lazımdır deyən Seanin hazırda 75 işçisi və 50 milyond dollarlıq şirkəti var.


4. Nick D'Alosio


12 yaşında kodlaşdırmanı özbaşına öyrənən D’Aloisio 17 yaşında telefonlarda xəbərləri izləməyi asanlaşdıran bir mobil tətbiq yaradır. Yahoo bu tətbiqi ondan 30 milyon dollara alır və eyni zamanda Nicki 17 yaşında milyonerlər siyahısına daxil edir.


5. Robert Nay


Heç kimin köməkliyi olmadan oyun yaratmağı öyrənən Robert 14 yaşında 4000 sətirlik kod yazaraq Bubble Ball adlı oyun yaradır. Bu oyunu appstoreda yerləşdirdikdən iki həftə sonra oyunu 2 milyona yaxın insan yükləyir və bu müddət ərzində onun sərvəti artıq 2 milyon dolları ötmüşdü.


6. Dominic Mcvey


13 yaşında Amerikadan gətirdiyi kiçik motosikletləri İngiltərədə satmağa başlayan Dominic, 15 yaşında artıq milyoner olmuşdu. Hazırda onun 10 milyon dollar sərvəti var.


7. Patrick Collison


İrlandiyadan olan Patrick 16 yaşında qardaşı ilə birlikdə Shuppa adlı şirkət qurdu və Kaliforniyaya köçdü. Artıq 19 yaşında milyoner olmuşdu. Qardaşlar İrlandiyanın Mark Zuckerberqi kimi də tanınırlar. Sonradan 26 yaşlı Patrick Collison ve John Collison milyard dollarlıq Stripe şirkətini yaratdılar. ApplePay bu şirkətə 5 milyar dollarlıq investisiya etdi. Hazırda onlar Silikon Vadisində yaşayırlar.


8. Benjamin Kickz


Benjamin Kickzin 16 yaşı var. O, İdman tipli ayaqqabı satan sneakerdon.com saytını yaradıb və artıq 1 milyon dollardan çox gəlir əldə edib. DJ Khaled and Chris Brown kimi məşhurlar belə onun saytından alış veriş ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR