Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi

Yaponiyalı dizaynerdən YENİ KƏŞF - “Ağıllı” divar təqvimi
01:33 28 Mart 2017
318 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.

Publika.az xəbər verir ki, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən “Android Experiments” proqramı çərçivəsində yaradılıb. “Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır. Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/192743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR