“Twitter” pullu olacaq?

“Twitter” sosial şəbəkəsi ödənişli premium versiyanın yaradılmasını nəzərdən keçirir.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu versiya mikrobloqdan öz peşəkar fəaliyyətində istifadə edən müxtəlif sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

Bir çox digər sosial şəbəkə kimi, “Twitter” də yarandığı andan ödənişsiz xidmət göstərərək böyük istifadəçi bazası toplamağa çalışıb. Şirkətin qazancı isə reklamın hesabına əldə edilib.

Peşəkar versiya marketoloqlar, jurnalistlər və müxtəlif sahələri əhatə edən digər mütəxəssislər üçün daha güclü alətləri özündə birləşdirəcək. Çünki bu şəxslərə öz gündəlik fəaliyyətləri zamanı operativ məlumat əldə etmək lazım olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR