Türkiyə yığması yoldaşlıq görüşündə Moldova ilə gücünü sınayıb.
Metbuat.az-ın məlumatına görə, artıq 14-cü dəqiqədə hesab açılıb. Emre Mor fərqlənib. Çox keçmədən Ahmet Çalık ikinci qolu Moldovanın qapısından keçirib. "Ay-ulduzlular"ın üçüncü qoluna isə Cengiz Ünder imza atıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə fərqlənən Moldova millisinin üzvü Qinsari yekun hesabı müəyyənləşdirib.
Yoldaşlıq görüşü
27 mart
Türkiyə - Moldova - 3:1
Qollar: Mor, 14, Çalık, 24, Ünder, 52 - Qinsari, 90+2