İndoneziyada hava limanında tavan çöküb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Supadi beynəlxalq hava limanının gözləmə zalında qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hazırda hava limanı ştat rejimində fəaliyyət göstərir. İnsidentin səbəbləri barədə məlumat verilmir.