Tovuzda güclü külək fəsadlar törətdi - FOTOLAR

Tovuzda güclü külək fəsadlar törətdi - FOTOLAR
02:28 28 Mart 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında mənzildə isə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb. (apa)







Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR