Həbsxanada qiyam - 45 yaralı

Həbsxanada qiyam - 45 yaralı
04:49 28 Mart 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada  həbsxanada qiyam baş verib.

 

APA-nın RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb.

 

İğtişaşlar nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. “Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

 

Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1 isə ağır yaralanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR