Lavrov Türkiyəyə dəstək verdi

Lavrov Türkiyəyə dəstək verdi
06:19 28 Mart 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyada keçirilən etiraz aksiyalarına ABŞ və Avropadan verilən şərhlərə münasibət bildirərkən türkiyəli nazirlərin Avropa ölkələrində qarşılaşdığı problemlərə də toxunub.

 

APA TV-nin məlumatına görə, nazir italiyalı həmkarı Angelino Alfano ilə birgə mətbuat konfransında Qərbi ikili standartlarda ittiham edib:  

 

“Qısa müddət əvvəl Almaniya, Hollandiya və Avstriyada bəzi mitinqlərin qadağan edilməsi qərarından kiminsə narahat olduğunu, bu barədə açıqlama verdiyi xatırlamıram”.

 

Sergey Lavrov ABŞ və Avropada polisin etirazçılarla necə davrandığını yaxşı bildiyini deyib: “Bu məsələləri danışmalı, suallar verməli və cavablar almalıyıq. Amma bunu ortaq standarta görə etməliyik”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR