“Microsoft Teams” servisi istifadəyə verildi

“Microsoft Teams” servisi istifadəyə verildi
07:12 28 Mart 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası beynəlxalq miqyasda yeni "Microsoft Teams" korporativ servisini istifadəyə verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Office 365" ofis paketinə quraşdırılan servisdə çat prinsipi üzrə təşkil edilən korporativ əlaqə qurmaq mümkündür. İstifadəçilər "Skype" platforması ilə inteqrasiya sayəsində açıq qrup kanallarında iştirak edə, komanda şəklində birləşə və ya həm yazılı, həm də səsli və video formatda ünsiyyət qura bilərlər.

Hazırda dünyanın 181 ölkəsində istifadəsi mümkün olan "Microsoft Teams" servisi 19 dili dəstəkləyir. Ötən ilin noyabrında testləri keçirilən məhsulu indiyədək 50 mindən çox təşkilat sınaqdan keçirib. Veb versiya şəklində olan servis, "Windows" və "macOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən fərdi kompüter proqramları, eləcə də "Windows Phone", "iOS" və "Android" əməliyyat sistemli qurğular üçün nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR