Həbsxanada qiyam - 45 nəfər yaralandı

Həbsxanada qiyam - 45 nəfər yaralandı
07:13 28 Mart 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada həbsxanada qiyam baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb.

Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. “Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR