Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı

Tramp Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırdı
07:14 28 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Nümayəndə Palatasını Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb

 

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı özünün “Tvitter” səhifəsində yazıb. 

 

“Niyə Nümayəndə Palatasının kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Həmçinin Hillarinin seçki qərargahının rəhbəri Con Podestanın Rusiya ilə əlaqələrini? Trampın Rusiya ilə əlaqəsi cəfəngiyatdır”, D.Tramp yazıb.

 

Xatırladaq ki, ötən il ABŞ-da keçirilən seçkiqabağı kampaniya zamanı prezidentliyə namizədlər D.Tramp və H.Klinton bir-birilərini Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR