Ən çox qazanan aktrisanın adı açıqlandı

Ən çox qazanan aktrisanın adı açıqlandı
07:34 28 Mart 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

"Forbes” jurnalı ilin ən çox qazanan aktrisaların adını açıqlayıb.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, reytinqin birincisi britaniyalı aktrisa Emma Uotson olub. O, 15 milyon dollarla "Ac oyunlar" filminin baş qəhrəmanı Cennifer Lourensi siyahıda ikinci yerə salıb.

 

"Gözəlçə və Bədheybət" filmində baş rolu canlandıran Emma artıq 2 milyon 500 min dollar avans alıb. Bundan başqa, o, filmin kassa gəlirindən də faiz götürəcək. Bir həftə əvvəl nümayiş olunan film 7 günə kinoteatrlardan 7 milyon 500 min dollar gəlir əldə edib. 

 

Qeyd edək ki, 26 yaşlı Uotson 2010-cu ildə də ilin ən çox gəlir əldə edən aktrisası olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR