Samsung Galaxy S8 üzü tanıyacaq

Samsung Galaxy S8 üzü tanıyacaq
07:52 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

Yeni "Samsung Galaxy S8" smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə "Bloomberg" agentliyi şəxsi mənbələrə istinadən məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, yeni model, həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişası və üzün tanınması texnologiyalarına malik olacaq.  

Bildirilir ki, sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən "Samsung Pay" əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti "Samsung" smartfonlarında digər banklara məxsus proqramları da texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

Qeyd edək ki, "Galaxy" seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, qurğunun blokdan çıxarılması funksiyasını daşıyıb. "Samsung Galaxy S8" isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.

"Samsung Galaxy S8" smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/529185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR