Samsung Z4-lə fərqli sistem olacaq

Samsung Z4-lə fərqli sistem olacaq
08:05 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Tizen OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların istehsalı ilə yalnız "Samsung" şirkəti məşğul olur. Bu seriyadan 2015-ci ilin əvvəlində işıq üzü görən ilk uğurlu "Z1" adlı kommersiya smartfonu isə dünyada populyarlıq qazanmayıb. Müstəsna olaraq Hindistan bazarı üçün nəzərdə tutulan qurğunun qiyməti 90 dollar təşkil edib. İki il sonra "Samsung Z4" modeli barədə məlumatlar yayılmağa başlayıb. Yeni qurğu haqqında informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytında yerləşdirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şərti adı "SM-Z400" olan "Samsung Z4" iki SİM kart, 2050 milliamper/saat tutumlu akkumulyator, "Tizen OS 3.0" əməliyyat sistemi ilə təchiz ediləcək. Smartfonun uzunluğunun və eninin 132,9×69,2 mm ölçüdə olmasından başqa ətraflı məlumat verilmir. Lakin rəqəmlərə görə, ekranın diaqonalının 5 düym təşkil edəcəyini ehtimal etmək olar.   
Xatırladaq ki, 2015-ci ilin oktyabrında təqdim olunan "Samsung Z3" qurğusu 1280×720 piksel təsvir ölçülü 5 düymlü "Super AMOLED" ekran, dördnüvəli "Spreadtrum SC7730" prosessor, 1 giqabayt operativ və 8 giqabayt quraşdırılmış yaddaş, eləcə də 8 və 5 meqapikselli kamera ilə təchiz olunub. Hindistanda smartfonun qiyməti 130 dollar səviyyəsində müəyyənləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/529186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR