Yeni “Microsoft Surface Book”un istehsalı başlandı

Yeni “Microsoft Surface Book”un istehsalı başlandı
08:12 28 Mart 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Martın sonunda və ya apreldə rəsmi təqdimatı gözlənilən yenilənmiş "Microsoft Surface Book" portativ kompüterinin seriyalı istehsalına başlanılıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Surface Book" qurğunun birinci nəslində istifadə olunan hibrid konstruksiya (qoşulan klaviatura ilə) əvəzinə klassik noutbuk şəklində olacaq və qiyməti 1000 dollar təşkil edəcək ki, bu da əvvəlki modellərin qiymətindən (versiyadan asılı olaraq 1500-3200 dollar) xeyli aşağıdır.

2017-ci il model sırasından olan "Surface Book" qurğusunda 13,5 düymlü ekran və alüminium və maqnezium ərintisindən ibarət korpus saxlanılacaq. Kompüterin digər xüsusiyyətləri barədə məlumat verilmir.

Ənənəvi noutbuk kimi ucuz qiymətə təqdim edilən "Surface Book"un 2017-ci ildə tədarük həcminin 1,2-1,5 milyon ədədə bərabər olacağı gözlənilir. Bu göstərici 2016-cı ildə 500 min ədəd təşkil edib. Bundan başqa, "Microsoft" korporasiyası "Surface Pro" planşet kompüterinin buraxılışını 20 faiz - 6 milyon ədədədək artırmağı planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR