Tovuzda bir neçə evin tavanı və hasarı uçub - FOTO

Tovuzda bir neçə evin tavanı və hasarı uçub - FOTO
08:12 28 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək Tovuz rayonunda fəsadlar törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.
Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.
Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR