Trampın kürəkəninə vəzifə verildi

Trampın kürəkəninə vəzifə verildi
08:22 28 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev yanında yeni yaradılmış Amerika İnnovasiya Ofisinin (Office of American Innovation) rəhbəri təyin olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə jurnalistlərə Birləşmiş Ştatlar prezidentinin mətbuat katibi Şon Spayser məlumat verib.
"Amerika İnnovasiya Ofisi prezidentin geniş hökumət əməliyyatları və xidmətləri dairəsini planlaşdırılmış vaxtdan daha tez və büdcədə nəzərdə tutulandan daha ucuz həyata keçirmək barədə tövsiyələrini reallaşdıracaq", - deyə Spayser izah edib.
O bildirib ki, Kuşner, xüsusilə, nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR