Kişinin saqqalını qırxmasına icazə verilirmi?

Kişinin saqqalını qırxmasına icazə verilirmi?
08:27 28 Mart 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Müctəhidlərin fətvasına görə, kişinin öz saqqalını dibdən qırxması ehtiyata görə haramdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunun hökmü budur ki, təqlid edən adam ehtiyata əməl edərək üzünü qırxmamalıdır, yalnız elmdə o biri müctəhidlərdən üstün olan başqa bir müctəhid əgər üz qırxmağa icazə versə, o zaman üzünü qırxa bilər. Amma hal-hazırda təqlid edilən müctəhidlərdən hər hansı birinin qəti olaraq saqqalı dibindən qırxmağa icazə verməsi haqqında məlumatımız yoxdur. Məlum olan budur ki, onların hamısı bu işi ehtiyata görə haram bilirlər. Bu halda, nə qədər ki buna icazə verən və elmi səviyyəsi kifayət qədər üstün olan bir müctəhid tanımırıq, üzümüzü qırxmağımız haram hökmündədir. Qeyd edək ki, saqqalı qısaltmaq, üzdə bir az tük saxlamaq şərti ilə qırxmaq, eləcə də yanaqdakı və boğazdakı artıq tükləri qırxıb saqqalı səliqəyə salmaq günah deyil.

Lakin üzrlü səbəblərdən insan üzünü qırxa bilər. Belə ki, əgər bir şəxs məmur, həkim, müəllim, hərbçi, polis və s. bu kimi dövlət işçisidirsə və bu səbəbdən ona saqqal saxlamağa icazə yoxdursa və saqqal saxalayacağı tədqirdə işdən çıxarılsa, lakin başqa iş yeri tapa bilməyəcəksə, üzünü qırxa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR