14 məsum kimlərə deyilir?

14 məsum kimlərə deyilir?
08:37 28 Mart 2017
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Məsum günahsız insanlara deyilir. Müsəlmanların əqidəsinə görə, bütün peyğəmbərlər məsum olmuşlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, şiə məzhəbində həm də imamlar məsum saylırlar. Bunun sübutu Qurani-kərimin Əhzab surəsinin 33-cü ayəsidir. Ayədə Həzrət Mühəmməd Peyğəmbərin (s) Əhli-beytinin də günahlardan təmizləndiyi və pak-pakizə olduğu bildirilir. Peyğəmbərin qızı Həzrət Fatimə (ə) də Əhli-beytə aid olduğu üçün məsumdur. Beləliklə, şiə inancına görə 14 məsum Həzrət Mühəmməd Peyğəmbərdən (s), Fatimədən (ə) və aşağıda adları çəkilən 12 imamdan ibarətdir: İmam Əli ibn Əbu Talib, İmam Həsən, İmam Hüseyn, İmam Əli Zeynül-abidin, İmam Mühəmməd Baqir, İmam Cəfər Sadiq, İmam Mu¬sa Kazim, İmam Əli Riza, İmam Mühəmməd Təqi, İmam Əli Nəqi, İmam Həsən Əskəri və İmam Mehdi (ə).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR