Tovuzda ev yanıb - FOTO

Tovuzda ev yanıb - FOTO
08:37 28 Mart 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sadəddin Məmmədov küçəsi, 3 ünvanında, Elmira Məmmədovaya məxsus yardımçı tikilidə baş verib.
Alov gücləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Nəticədə yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Ev sahibinin sözlərinə görə, yanğına güclü külək nəticəsində elektrik naqillərində yaranan qısqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR