Yəməndə teraktda ölənlərin sayı 11 nəfərə çatıb

Yəməndə teraktda ölənlərin sayı 11 nəfərə çatıb
09:05 28 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar ertəsi Yəmənin cənubunda yerləşən Lahc şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkə hökumətinin mətbuat xidmətinə istinadən "Reuters" məlumat yayıb.
Bunadək ölənlərin 5 nəfər olduğu bildirilirdi.
Kamikadze minalanmış avtomobili inzibati binalardan birinin üzərinə sürmək istəyib. Obyektin girişində terrorçunu zərərsizləşdirən mühafizəçinin ayıq-sayıqlığı sayəsində əksər insanlar terror qurbanı olmaqdan xilas ola biliblər.
Terror aktının "Əl-Qaidə Ərəbistan yarımadasında" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR