Dolların zəifləməsi nefti bahalaşdırır

Dolların zəifləməsi nefti bahalaşdırır
09:18 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,50% artaraq 47,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,41% artaraq 50,93 dollar olub.

Nefti bahalaşdıran əsas amil dolların indeksinin zəifləməsidir. Belə ki, hazırda dolların altı əsas valyutadan ibarət səbətə nisbətən məzənnəsi 0,02% geriləyərək 99,01 səviyyəsinə çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/192763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR