Pornoqrafiya yayanların cəzası ağırlaşdırılır - Azərbaycanda

Pornoqrafiya yayanların cəzası ağırlaşdırılır - Azərbaycanda
10:05 28 Mart 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə cəza ağırlaşdırılır.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, bu işi görənlər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. 

Hazırkı qanunvericiliyə əsasən isə bu əməllərə görə, 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bundan sonra isə uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması təklif edilir.
 
Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR