Portuqaliyalılar zirvədə - Messi Ronaldudan geri qalır

Portuqaliyalılar zirvədə - Messi Ronaldudan geri qalır
10:05 28 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox qazanc əldə edən futbolçu və məşqçilərinin siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hesablama cari mövsümdə maaş, mükafat və reklam gəlirlərinə əsasən aparılıb.

Mövsüm ərzində ən çox pul qazanan futbolçu "Real"ın hücumçusu Kriştianu Ronaldududur. Portuqaliya millisinin kapitanı il ərzində 87,5 milyon avro əldə edib. Onu 76,5 milyon avro ilə "Barselona" və Argentina millisinin lideri Lionel Messi izləyir. "Barsa"nın braziliyalısı Neymar isə 55,5 milyon avro ilə ilk "üçlüy"ü qapayır.
 
Ən yüksək ödənişli məşqçilərin siyahısına "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo başçılıq edir. Portuqaliyalı mütəxəssis mövsüm ərzində 28 milyon avro qazanıb. İkinci yerdə Çin millisinin baş məşqçisi Marçello Lippi (23,5) qərarlaşır. PSJ-nin sabiq çalışdırıcısı Loran Blan isə 20 milyon avro əldə edib ki, bununla 3-cüdü.
 
Çinin "Heybey Çayna Fortun" klubunun üzvü Ezekyel Lavezzi isə 28,5 milyon avro ilə ən çox maaş alan futbolçudu. Maraqlıdı ki, argentinalı hələ də Çində qol hesabını açmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR