Eyfel qülləsi güllə keçirməyən şüşə ilə qorunacaq

Eyfel qülləsi güllə keçirməyən şüşə ilə qorunacaq
10:12 28 Mart 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa hökuməti ölkədə terror aktlarının qarşısını almaq üçün tədbirlər görür.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, son zamanlar ölkədə baş verən terror aktları ilə bağlı məsələlərin həlli üçün xüsusi şura yaradılıb. 

"Der Spiegel" nəşrinin yazdığına görə, hələ yanvarın ortalarında Paris şəhər rəhbərliyi Eyfel qülləsi ətrafında 2.5 met hündürlüyündə gülləkeçirməyən şüşə divarın çəkilməsi ilə bağlı müzakirələr aparırmış. 

Müzakirələrdə hər il 7 milyon turistin ziyarət etdiyi Fransanın simvolu Eyfel Qülləsinin güllə keçirməyən şüşə ilə qorunması layihəsinə razılıq verib.

Qüllənin ön və arxa tərəfinə 2,5 metr hündürlüyündə güllə keçirməyən şüşə panellərin yerləşdirilməsi, təhlükəsizlik nəzarəti ilə giriş və çıxışların olduğu sağ və sol tərəflərə isə metaldan barmaqlıqlar qoyulması planlaşdırılır.

Qüllə ətrafında hərəkət edən nəqliyyat marşrutları da dəyişdiriləcək. 2018-ci ilin son 3 ayı ərzində başa çatdırılması planlaşdırılan layihə 20 milyon avroya başa gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR