Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR

Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR
10:14 28 Mart 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda London taksisi qəzaya düşüb. Lent.az xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi “London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

 

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və “Bulvar” oteldə qalırlar.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR