Gördüyümüz yuxular həqiqət ola bilər

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir.

İnsan ömrünün üçdə birini yataraq keçirir.

Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Normal yuxu dövrü təxminən hər 24 saatdan bir olur.

Bəzi alimlərin fikrincə, yuxu zamanı beyindəki qanın çox hissəsi bədənin müxtəlif yerlərinə axır. Digərləri isə cismi fəaliyyət nəticəsində bədəndə yığılan xüsusi maddə nəticəsində insanda yuxu halının yarandığını deyir.

Yuxunu bir növ əsəb amili ilə əlaqələndirənlər də var. Belə ki, yorğunluq nəticəsində əsəb sistemi əzaları sönərək, yuxu yaradır.

Harvard Universitetinin əməkdaşlarının apardığı təcrübə nəticəsində günorta yatmayan insanların ürək xəstəliklərinə daha çox tutulduğu ortaya çıxıb. Belə insanlarda daha çox həyəcan və narahatlıq müşahidə edilir.

Lakin çox yatmaq özü də yuxu pozuntusuna gətirib çıxarır. Ən geniş yayılmış forması isə psixofizioloji növdür. Psixofizioloji yuxusuzluq əsasən stress nəticəsində yaranır.

Xroniki yuxusuzluq isə özünü şiddətli dərəcələrdə göstərir. Belə vəziyyətdə xəstələr hətta iş görə bilməyəcək vəziyyətə düşə bilir.

Müalicə edilmədikdə, depressiyanın inkişafı hətta ölümə belə yol aça bilər.

Yuxu tez və ləng olmaqla, iki mərhələdən ibarət olur. Ləng yuxu mərhələsində əzələlər boşalaraq tənəffüs sakitləşir, ürək döyüntüləri zəifləyir.

Tez yuxu mərhələsində isə qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənərək, maddələr mübadiləsi güclənir.

Mütəxəssislər günorta 10 dəqiqəlik yuxu almağı xeyirli hesab edir.

Yuxuda görülən hadisələrin təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görür.

Psixoloq Vəfa Rəşidova məsələ ilə bağlı metbuat.az-a verdiyi açıqlamada yuxunun yaranma səbəblərindən danışıb.

“Yuxu insan həyatında tamamlanmayan hadisələri göstərir. İnsanın həyatda reallaşdırmaq istədiyi nə varsa, beyin onları ilk olaraq yuxuda tamamlayır. Yuxu bizim arzularımızdır. Biz həyatda yaşamadığımız arzuları yuxuda yaşayırıq. Bu səbəbdən də bir çox insan yuxuya xüsusi önəm verir. Yuxu stress və gərginliyin nəticəsində də ola bilər. Belə hallarda insan çox yuxu görür. Həyatda yaşadığı çətinliklərin davamını yuxuda da yaşayır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR