Dünyanın ən çox qazanan futbolçusu kim oldu?

Dünyanın ən çox qazanan futbolçusu kim oldu?
10:27 28 Mart 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox gəlir əldə edən futbolçularının və məşqçilərinin siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, ən çox qazanan futbolçu Kriştiano Ronaldo olub.


"France Football"ın hesablamalarına görə, "Real"ın portuqaliyalı ulduzu ötən mövsüm 87,5 milyon funt-sterlinq qazanıb. Bura onun klubdakı maaşı ilə yanaşı, sponsor müqavilələrindən və şəxsi brendlərdən əldə etdiyi gəlir daxildi.


Ronaldonu ən böyük rəqibi hesab olunan Lionel Messi izləyir. "Barselona"nın argentinalı üzvü mövsüm ərzində 76,5 milyon funt-sterlinq  gəlir əldə edib. İlk "üçlüy"ü "Barselona"nın digər ulduzu, braziliyalı Neymar qapayır - 55,5 milyon funt-sterlinq.


Dünyanın ən çox qazanan baş məşqçisi isə Joze Mourinyo olub. "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcımsı mövsüm ərzində 28 milyon funt-sterlinq qazanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-cox-qazanan-futbolcusu-kim-oldu-t57169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR