Azərbaycanda yol terroru: 4 ölü, 9 yaralı

Azərbaycanda yol terroru: 4 ölü, 9 yaralı
10:29 28 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Martın 27-də Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, həftənin ilk günündə ölkə yollarında 10 avtomobil qəzası baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Qubada iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb. Ucar rayonunda isə "Hyundai" markalı minik avtomobili yük maşınına çırpılıb və 1 nəfər həyatını itirib. Qax rayonunda "Mercedes"in aşması isə qadın sərnişinin ölümünə səbəb olub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR