Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlandı

Azərbaycan Uşaqlarının IV Forumunun keçiriləcəyi tarix açıqlandı
10:32 28 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçiriləcəyi tarix açıqlanıb.

Milli.Az xəbər verir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, forumun bu il oktyabr-noyabr ayları ərzində keçirilməsi nəzərdə tutulur.

Forumun keçirilməsində məqsəd Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsidir. Forumların uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malik olduğu hesab edilir.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR