Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
10:42 28 Mart 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 bakalavrdan Azərbaycan bölməsi üzrə 11 429-nun, rus bölməsi üzrə isə 1 225-nin sənədi təsdiq edilib.

Bundan başqa, 2017/2018-ci tədris ili üzrə Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd verən 1 053 namizədin 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, elektron ərizələrin təsdiqi prosesi bu gün axşam saat 23.59-da yekunlaşacaq.
Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər. Martın 29-dan artıq magistratura və ya rezidenturaya sənəd vermək mümkün olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR