Bu gün son gün

Bu gün son gün
10:43 28 Mart 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyasına magistratura pilləsi və eləcə də rezidentura üzrə ərizə qəbulu bu gün sona çatır.

Publika.az xəbər verir ki, ərizələrini təsdiq etmək istəyən şəxslərə bu gün saat 23:59-a qədər vaxt verilib.

Bu saata olan məlumata görə, magistratura səviyyəsi üzrə 12662 nəfər ərizəsini təsdiq edib, onların 11437 nəfəri Azərbaycan, 1225 nəfəri rus bölməsinin məzunlarıdır.

Bundan başqa, Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya 1 053 namizəd sənəd verib. Onların 908-i Azərbaycan bölməsinə, 145-i isə rus bölməsinə aiddir.

Qeyd edək ki, adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) bu gün saat 17.00-dək müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR