Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
10:44 28 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün magistratura və rezidenturaya sənəd qəbulu başa çatır. 

 

Lent.az-ın məlumatına görə, saat 10:33-dək magistraturaya 12665 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11440 nəfər Azərbaycan, 1225 nəfər  isə rus bölməsinin məzunlarıdır.

 

Bu saata kimi rezidenturaya üzrə 1053 nəfər ərizəsini təsdiq edib. Onlardan  908 nəfər Azərbaycan, 145 nəfər isə rus bölməsinin məzunudur.  

 

Bakalavrlar 'Bakalavrın elektron ərizəsi' formasını özləri 28 mart saat 23:59-dək təsdiq edə bilərlər. Ərizələrini hər hansı bir səbəbdən özləri təsdiq edə bilməyən bakalavrlar Sənəd Qəbulu Komissiyasına 28 mart saat 17:00-dək müraciət edə bilərlər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR