Limon dilimləri ilə yatmağın faydaları

Limon faydaları saymaqla bitməyən müalicəvi bitkidir. Onun suya qatılmış şirəsi ağız və boğazın yaxalanması üçün istifadə olunur.

Metbuat.az xəbər verir ki, burun qanaxmalarının qarşısını almaqda, dərinin göbələk və infeksion xəstəliklərin müalicəsində, kosmetikada - xalları və çilləri yox etməkdə limon öz möcüzəli xüsusiyyətlərini nümayiş etdirir.

Limondan faydalanmaq üçün artıq ondan yeməyinizə ehtiyac qalmayacaq. Yatağınızın yanına qoyacağınız 3-5 dilim limonun faydalarına inanmayacaqsınız. Öncə, otağınızın qoxusu dəyişəcək və otaqdakı bakteriya və virusları məhv edəcək. Soyuqdəymə və qrip kimi xəstəliklərə yoluxma riskiniz azalacaq. Hətta, astma xəstəsisinizsə, daha rahat nəfəs almağınızı təmin edəcək. Limonun içərisindəki antioksidantlar baş ağrısından xilas olmaq üçün çox faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR