Getmədən 3 gün əvvəl... - Obamadan Kremlə SON DƏQİQƏ QOLU

Getmədən 3 gün əvvəl... - Obamadan Kremlə SON DƏQİQƏ QOLU
10:48 28 Mart 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaların tətbiqi barədə qərar keçmiş prezident Barak Obama administrasiyasının son günlərində qəbul edilmişdi.

Publika.az “RİA-Novosti” xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Administrasiyasının nümayəndəsi bildirib.

“Bu bir qrup şəxsə və şirkətlərə qarşı sanksiyaların tətbiqi barədə qərarı 2017-ci il yanvarın 17-də Dövlət Departamenti tərəfindən qəbul edilmişdi. Sanksiyalar Konqresə ötürülmədən əvvəl yeni administrasiya tərəfindən öyrənilib”, - agentliyin həmsöhbəti deyib.

Donald Tramp administrasiyası isə 2017-ci il yanvarın 20-də vəzifəsinə başlayıb.

Xatırladaq ki, ABŞ martın 25-də Suriya, İran və Koreya Xalq Demokratik Respublikasına aid olan yaymama haqqında Amerika qanunu ilə əlaqədar olaraq Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaları tətbiq edib. Dövlət Departamentindən bildirilib ki, sanksiyalar daim aparılan qiymətləndirmələrin nəticəsi olub. Qeyd edilib ki, sanksiyalar 2014-cü ildə qəbul edilən daha geniş iqtisadi məhdudiyyətlərlə bağlı deyil.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR