Bakıda iranlı qızların olduğu "London taksi"si beton lövhəyə çırpıldı: YARALILAR VAR

Bakıda iranlı qızların olduğu "London taksi"si beton lövhəyə çırpıldı: YARALILAR VAR
10:52 28 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda "London taksi"si qəzaya düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi "London TX 4" markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları, 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.
 
Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və "Bulvar" oteldə qalırlar.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR