Ruhaninin qızlarla fotosu ölkəni qarışdırdı – VİDEO

Ruhaninin qızlarla fotosu ölkəni qarışdırdı – VİDEO
10:53 28 Mart 2017
153 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhaninin Novruz bayramı tətilində paytaxt Tehrana yaxın dağ gəzintisi zamanı idman paltarı ilə çəkdirdiyi fotoşəkli instaqram hesabında paylaşması reaksiyalara səbəb olub.

Publika.az xəbər verir ki, iki gənc qız və bir oğlanla çəkilən fotoşəkil 17 mindən çox insan tərəfindən şərh edilib.

Prezidentin saçları açıq qızlarla idman paltarında şəkil çəkdirməsi bir çoxları tərəfindən “seçki şousu” kimi qiymətləndirilib. Xüsusilə, mühafizəkarlar qızların geyimini “islam respublikasının dəyərlərinə zidd” adlandırıb.

Keçmiş mühafizəkar millət vəkili Hamid Rasa isə qeyd edib ki, Ruhani hökumətin iqtisadi müvəffəqiyyətsizliyini pərdələmək niyyətindədir.

Ruhani tərəfdarları isə prezidenti dəstəkləyən şərhlər yazıblar.


Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR