"Azərbaycanla oyuna laqeyd yanaşdıq" - Alman futbolçu

"Azərbaycanla oyuna laqeyd yanaşdıq" -   Alman futbolçu
10:57 28 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Düşünürəm ki, oyuna bir qədər laqeyd yanaşdıq və tam köklənə bilmədik. Bu səbəbdən, işimizi çətinə saldıq".


Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya yığmasının futbolçusu Benedikt Hövedes Azərbaycan millisini 4:1 hesabı ilə yendikləri oyunla bağlı danışarkən deyib.


Almaniyanın "Şalke" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyuna bir qədər laqeyd yanaşıblar. Hövedesin fikrincə, görüş məhz bu səbəbdən çətin alınıb: "Qələbə seriyamızı davam etdirmək istəyirdik, lakin buna özümüzə əlavə çətinlik yaratmaqla nail olduq". 


Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan millisi isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycanla-oyuna-laqeyd-yanadqquot-t57171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR