Dik Çeyni: “Bu, Rusiyanın ABŞ-a qarşı müharibəsi idi”

Dik Çeyni: “Bu, Rusiyanın ABŞ-a qarşı müharibəsi idi”
11:08 28 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə müharibə aktı kimi baxmaq olar”.

Publika.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni deyib.

“Bu mərhələdə Donald Trampın prezident seçilməsinin qeyri-qanuni olduğunu sübut edən heç bir dəlil yoxdur. Ancaq heç bir şübhə yoxdur ki, mister Putin və onun hökuməti bizim fundamental demokratik prosesimizə müdaxilə etmək üçün ciddi səylər göstərib. Bu, bəzi dairələrdə müharibə aktı kimi qiymətləndirilə bilər”, - respublikaçı siyasətçi bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR